“İrqçilik məni qıcıqlandırır”- Neymar

PSJ futbol klubunun braziliyalı hücumçusu Neymar irqçilik bağlı fikirlərini bölüşüb.

Bu barədə “Report” “France Football”a istinadən xəbər verir.

Futbolçu bildirib ki, o, irqçiliyin əleyhdarıdır.

Son zamanlar futbol matçlarında irqçilik halları çoxalıb. Neymar buna nümunə olaraq braziliyalı Taysonun başına gələn hadisəni qeyd edib. Tayson Ukrayna çempionatının 14-cü turunun “Şaxtyor” – “Dinamo” komandaları arasındakı keçirilən matçında təhqirlərə məruz qalıb.

“İrqçilik məni qıcıqlandırır. Balotelli, Dentino və ya Taysonla bağlı hallar – bu mənim üçün qəbuledilməzdir. Belə olmamalıdır. Bunu stadiona gələn bütün azarkeşlərin anlamaları əhəmiyyətlidir”, – deyə hücumçu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nissan”ın keçmiş rəhbəri Yaponiyadan qaçdığını təsdiqləyib

Sonrakı məqalə

Bu smatrfonlarda “Whatsapp” sabahdan işləməyəcək