İsfar Sarabski və Rain Sultanovun canlı caz ritmləri Brüsseldə səslənib

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi Brüssel İncəsənət Sarayı (BOZAR) ilə birgə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində apardığı əməkdaşlıq çərçivəsində Brüsseldə məşhur Azərbaycan musiqiçiləri, Əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, orqan musiqisi gecəsi çərçivəsində keçirilən proqramın əvvəlində İsfar Sarabski və Rain Sultanovun birgə albomu “Cycle” barədə tamaşaçılara məlumat verilib.

Daha sonra saksofonun müşayiəti ilə orqan və piano ifasında musiqi parçaları təqdim olunub. Musiqiçilərimiz öz ifaları ilə orqan musiqisinin caz repertuarında özünəməxsus yer tutduğunu yüksək ustalıqla tamaşaçılara çatdırıblar.

Musiqiçilərimizin ifası çoxsaylı auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qusarda itkin düşən ana və azyaşlı qızı tapılıb

Sonrakı məqalə

Husilər neft bazarını “partlatdılar” –