İŞİD-ə qoşulmuş azərbaycanlı qadınların bir qismi edam olunub

10 Dekabr 2019 - 13:02
”Münaqişə ocaqlarında qalan və valideynlərini itirmiş azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər davam etdirilir”.
”Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda Suriyadakı uşaqlardan bir qisminin Azərbaycana gətirilməsi planlaşdırılır: ”Münaqişə ocaqlarından qayıdan kişilərin 110 nəfərdən çoxu məsuliyyətə cəlb edilib. Hazırda proses davam edir. Münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub. Onlar artıq ölkəyə qayıda bilməzlər. Münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub. Onların içərisində həbs və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmə olacaq”.