İŞİD Çeçenistandakı terrorun məsuliyyətini üzərinə götürdü

qrozni terror

İŞİD Çeçenistanın paytaxtı Qroznıda həyata keçirilən hucumun məsuliyyətini öz üzərinə götürüb.

Azpost.info bildirir ki, bu barədə Röyter agentliyi terrorçularla əlaqəsi olan KİV-ə istinadən məlumat yayıb.

Dekabrın 28-də Qroznıda polisə hucum edilib. İki terrorçu bıçaqla hucum edərək post-patrul xidmətinin əməkdaşlarından silahlarını almağa çalışıb. Bir polis həlak olub, digəri yaralanıb. Terrorçular yerindəcə məhv edilib.

Çeçenistanın başçısı Ramzan Kadırovun verdiyi məlumata görə, hucum edənlərin şəxsiyyəti müəyyən olunub. Həsən və Hüseyn adlı iki qardaşı İnquşetiya sakinləridir. 2012-ci ildə onlar Çeçenistana köçüblər və çörək sexində işləyiblər.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir