“İŞİD təhdid yox, baş ağrısıdır, onları qovuruq…” –

"Taliban"ın nazir müavini
08 Oktyabr 2021 - 08:29

Müvəqqəti Əfqanıstan hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid İŞİD terror qruplaşmasının “Taliban” üçün təhlükəli olmadığını bildirib.

Bu barədə “TOLO News” telekanalı xəbər verib.

“Taliban”ın rəsmi nümayəndəsi İŞİD-i təhdid yox, “baş ağrısı” olduğunu bildirib. Onun sözlərinə görə, sakinlər terrorçuları dəstəkləmirlər:

“Bəzi yerlərdə İŞİD baş ağrısı yaradır, lakin hər insidentdən sonra onu törədənlər məhv edilir. Biz onları qovuruq, sığınacaqlarını aşkar etmişik”.