İŞİD üzvü olmuş 150 terrorçu Türkiyədən deportasiya edilib

İŞİD terror təşkilatının üzvü olmuş 150 nəfər əcnəbi terrorçu Türkiyədən deportasiya edilib.

“Anadolu” agentliyinin xəbərinə görə, bu barədə bu gün Türkiyə Daxili İşlər nazirinin müavini İsmayıl Çataklı bildirib. Onun sözlərinə görə, 2019-cu il noyabrın 11-dən etibarən Türkiyədən deportasiya edilən İŞİD terrorçularının sayı 150-yə çatıb.

Nazir müavini Türkiyədən öz ölkələrinə qayıdan suriyalı miqrantların da sayını açıqlayıb. O qeyd edib ki, Suriyaya qayıdan miqrantların sayı 373 592 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prokuror və köməkçisi vəzifəsindən azad edildi –

Sonrakı məqalə

Politoloqdan general Süleymaninin qətlinə ŞƏRH: