“İslam cihadı” qruplaşması İsraillə razılığa gəldi- Atəşkəs sazişi imzalandı

Misirin vasitəçiliyi ilə Fələstinin “İslam cihadı” qruplaşması və İsrail nümayəndələri arasında atəşkəs sazişi imzalanıb.

Azərtac France-Presse informasiya agentliyinə istinadla xəbər verir ki, Qəzza sektorunda atəşkəs yerli vaxtla saat 05:30-da qüvvəyə minib.

Noyabrın 13-də axşam saatlarında “İslam cihadı” qruplaşmasının Baş katibi Ziyad ən-Nəhl və BMT-nin Yaxın Şərq üzrə xüsusi əlaqələndiricisi Nikolay Mladenov mümkün atəşkəs barədə sazişin imzalanması üçün Qahirəyə gəliblər.

Qeyd edək ki, noyabrın 12-də səhər saatlarında bombardman nəticəsində “İslam cihadı” qruplaşmasının nüfuzlu komandiri Baha Əbu əl-Ata və onun həyat yoldaşı həlak olub. Bundan sonra Fələstin qruplaşmaları və İsrail ordusu arasında toqquşmalar başlayıb. Qəzza sektorundan İsrail ərazisi raket və minaatanlardan atəşə tutulub, İsrail Hərbi Hava Qüvvələri isə anklav ərazisini güclü bombardmana məruz qoyub.

Son məlumata görə, İsrail ordusunun zərbələri nəticəsində azı 32 fələstinli həyatını itirib, 100-dən çox insan yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heyvan və quş yemlərinin satışı ƏDV-dən azad edilir

Sonrakı məqalə

Mikayıl Cabbarov: