İsmayıllıda oğul atasını bıçaqlayıb. APA xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb. Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

AzPost.az