Baş nazir Benyamin Netanyahu İsrailin İranın son zamanlar təlimlər keçirməsindən xəbərdar olduğunu bildirib. APA-nın "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, Netanyahu Yunanıstan və Kipr liderləri ilə birlikdə Yerusəlimdə keçirilən mətbuat konfransında deyib ki, "bunu izləyirlər və bütün lazımi hazırlıqları görürlər". O qeyd edib ki, Tehranın nüvə fəaliyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq. "Bunu İrana açıq şəkildə çatdırmaq istəyirəm: İsrailə qarşı hər hansı bir hərəkət çox sərt cavabla qarşılanacaq", - Netanyahu xəbərdarlıq edib.

AzPost.az