İsrail alimləri koronavirusu 99,9 faiz məhv etməyin sadə üsulunu tapıblar

İsrailin Təl-Əviv Universitetinin alimləri tərəfindən aparılan təcrübələr koronavirusun ultrabənövşəyi şüalar vasitəsi ilə asanlıqla məhv edilə biləcəyini göstərib. Tədqiqatçılar virusu 99,9 faiz məhv edən optimal dalğa uzunluğunu müəyyənləşdiriblər.

“Journal of Photochemistry and Photobiology B: Biology” jurnalı xəbər verir ki, alimlər yeni biliklərin ictimai məkanların və nəqliyyat vasitələrinin, sonradan isə yaşayış binalarının effektiv dezinfeksiyasına yardım edəcəyini düşünür.

“Biz az enerji işlədən və tərkibində civə olmayan ucuz və əlçatan diod lampalarından istifadə edərək koronavirusu məhv etdik. Onlardan insan fəaliyyətinin bütün sahələrində istifadə etmək mümkün olacaq”, – deyə tədqiqatın müəllifi Hadas Maman bildirib.

Alimlər, həmçinin koronavirusun səthlərdə qalma müddətini də dəqiqləşdirib. Belə ki, COVID-19 virusu kağız üzərində 3 saat, paltarda və emal olunmuş taxtada 2 gün, şüşədə 4 gün, plastik məmulatlarda və tibbi maskaların səthində isə 7 gün qala bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dekabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Sonrakı məqalə

Ərdoğan hava hücumundan müdafiə sisteminin istehsalına başladıqlarını bildirib