İsrail-HƏMAS razılşması nələri nəzərdə tutur?- “The New York Times” açıqladı

İsrail və HƏMAS iki aylıq atəşkəsə razılaşmaq üzrədir.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən yazıb.

Belə ki, İsrail və HƏMAS arasında girovların azad edilməsi müqabilində iki aylıq atəşkəsi nəzərdə tutan saziş hazırlanıb.

Sənəd hər iki tərəfin son 10 gündə irəli sürsüyü təklifləri birləşdirir. Yekun razılaşmanın yaxın iki həftə ərzində imzalanacağı deyilir.

Sazişə əsasən, ilk 30 gün ərzində HƏMAS qadınları, qocaları və yaralı girovları azad edəcək və tərəflər müharibənin daha bir ay dayandırılmasını nəzərdə tutan ikinci mərhələnin təfərrüatlarını işləyəcəklər. Eyni zamanda əsir götürülmüş İsrail əsgərləri ilə mülki kişilərin mübadiləsi aparılacaq. Hazırda HƏMAS 136 nəfəri – 114 kişi, 20 qadın və iki uşağı girov saxlamaqda davam edir.

İsrail tərəfindən həbsdən azad ediləcək fələstinlilərin sayı hələ razılaşdırılmayıb. Razılaşma həmçinin Qəzzaya göndərilən humanitar yardımın həcmini artıracaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.