İsrail Müdafiə Nazirliyi yeni hücumu nəticəsində altı İran aerodromunun məhv edildiyini bildirib. AzPost-un məlumatına görə, bu barədə İsrail Ordusnun sözçüsü iaçıqlama verib. Məlumata görə, İsrailin PUA-ları İrandakı altı hava bazasında 15 döyüş təyyarəsi və vertolyotu məhv edib, "Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı qurğulara, yanacaq dolduran təyyarəyə, həmçinin F-14, F-5 və AH-1 təyyarələrinə ziyan vurub", - deyə məlumatda deyilir. Bundan əlavə, iddia edilir  İsrail qırıcıları İranın Kirmanşah bölgəsində yer-yer tipli raketlərin buraxılış qurğularına və anbar yerlərinə hücum edib.

AzPost.az