İsrail İrandakı partlayışlarla əlaqəsi olmadığını bildirib

İsrail hakimiyyəti müttəfiqlərinə İranın Kirman şəhərində baş verən partlayışlarla heç bir əlaqəsi olmadığını bildirib.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail bu cür partlayışların yəhudi dövləti tərəfindən həyata keçirilən hücumların nümunəsinə bənzəmədiyini, nəşrin qeyd etdiyi kimi, “adətən daha dəqiq şəkildə İran təhlükəsizlik qüvvələri ilə əlaqəli şəxsləri və ya infrastrukturu hədəfə aldığını” bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.