İsrail Hərbi Hava Qüvvələri İranın Kirmanşah əyalətindəki aviabazasını vuraraq beş AH-1 helikopterini məhv edib. AzPost-un məlumatına görə, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Efi Defrin deyib. "Bu helikopterlər hava qüvvələrimizə hücum etmək üçün nəzərdə tutulmuşdu", - deyə o qeyd edib. İDF helikopterlərə endirilən zərbələrin videosunu yayıb.  

AzPost.az