Bu gün səhər İsrail Ordusu Tehrana raket buraxılışı qurğuları daşıyan yük maşınlarına zərbə endirib. İsrail Ordusu bununla bağlı görüntüləri yayıb. Qeyd edilib ki, bu gün səhər İsrail Hərbi Hava Qüvvələri "Yer-yer" raket qurğuları və digər silahların olduğu yük maşınlarının İranın qərbindən Tehran istiqamətində hərəkətini aşkarlayıb. Həmin hədəflərə zərbə endirilib.

AzPost.az