İsrail prezidenti İsaak Hersoq çərşənbə axşamı Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Azpost.info bildirir ki, bu barədə İsrail prezidentinin mətbuat xidməti bildirib.
Hersoq və Baydenin Qəzza və Livandakı vəziyyəti müzakirə edəcəyi bildirilir.
Ertəsi gün Bayden Oval kabinetdə Trampla görüşəcək. Bu onların ABŞ prezident seçkilərindən sonra ilk görüşüdür.