İsrailin Qəzza zolağının şimalında Kamal Advan xəstəxanasının yaxınlığında yerləşən binaya endirdiyi zərbə nəticəsində 5-i tibb işçisi olmaqla 50-yə yaxın adam həlak olub. Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qurum ölənlərin dəqiq sayını açıqlamayıb.   Hadisə nəticəsində neçə nəfərin xəsarət aldığı da məlum deyil. (Lent.az)