İsrailin hava zərbəsi nəticəsində Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhərində azı 12 nəfər öldürülüb, 40-dan çox insan isə yaralanıb. APA xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ telekanalı məlumat yayıb. Məlumata görə, hava zərbəsi məcburi köçkünlər üçün qurulmuş çadır düşərgəsinə endirilib.
AzPost.az