“İsrail Qəzzaya təcili humanitar yardımın yalnız dörddə birinə icazə verir”- ƏRDOĞAN

İsrail Qəzza zolağına təcili humanitar yardımın yalnız dörddə birinə icazə verir.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qəzza zolağında nəhəng humanitar fəlakət yaşanır. Təmiz su mənbələrinə demək olar ki, çıxış yoxdur. Hepatit, poliomielit və dizenteriyanın yayılması qorxulu həddə çatıb. Qəzzada insanların çox ehtiyac duyduğu yardımın yalnız dörddə birinə icazə verilir. İsrail tərəfi Qəzza xalqını təkcə bombalarla deyil, həm də aclıq, dərman çatışmazlığı və susuzluq olmadan məhv etməyə çalışır”.

O, Qəzzada 1,9 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığını, su ehtiyatlarının 70 faizinin və çörək bişirmə sexlərinin 75 faizinin məhv edildiyini deyib.

“Tibb mərkəzlərinin 95 fazi qismən və ya tamamilə dağıdılıb, 200 min ev qismən dağıdılıb, 80 min ev yararsız duruma düşüb. Qəzzada ölən 41 min nəfərin üçdə ikisi qadın və uşaqdır”, – Ərdoğan bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Bizə qarşı ideoloji təxribatlar davam edir”

Sonrakı məqalə

Prezident Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunub