İsrail Qəzzaya zərbələr endirib- 16 fələstinli həlak olub, 50-yə yaxın yaralı var

İsrail ordusunun iki gündür ki, Qəzza sektoruna endirdiyi zərbələr nəticəsində azı 16 fələstinli həlak olub, 50-yə yaxın insan isə yaralanıb.

Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına əsasən, təkcə bu gün sektorun beş sakini həyatını itirib. Bir müddət öncə hərbi aviasiya Qəzza şəhərinin Ət-Tuffah rayonunda bir qrup insana hücum edib, nəticədə üç nəfər öldürülüb.

Noyabrın 12-də səhər saatlarında “İslam cihadı” qruplaşmasının nüfuzlu komandiri Baha Əbu əl-Ata və onun həyat yoldaşının bombardman nəticəsində öldürülməsindən sonra Fələstin qruplaşmaları və İsrail ordusu arasında toqquşmalar davam edir. Qəzza sektorundan İsrail ərazisinə 250-yə yaxın raket və mərmi atılıb, İsrail Hərbi Hava Qüvvələri isə anklavı qısa fasilələrlə şiddətli atəşə tutur(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda gələn il neçə nəfər ünvanlı sosial yardım alacaq?

Sonrakı məqalə

“Dünya dini liderlərinin Bakı sammiti kimi beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac var”