İsrail səfirliyində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27 Sentyabr 2021 - 12:41

İsrailin Azərbaycandakı səfirliyi Vətən Müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyi “Twitter”də bildirib.

“Bu gün Anım Günündə səfir Corc Dik və səfirlik heyəti Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək, müharibə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bölgəyə sülh diləyirik və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq”, – səfirlikdən bildirilib.