İsrail Tehrana İraq ərazisindən zərbə endirib –RƏSMİ /FOTO

İsrail İrana hucum etmək üçün İraqın ABŞ ordusunun nəzarəti altında olan ərazisindən istifadə edib.

Azpost.info Tasnim-ə istinadən bildirir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətindən bildirilib.

“Düşmən təyyarələri şənbə günü səhər açıq təcavüz həyata keçirərərək beynəlxalq hüququ pozublar. Onlar İranla 100 km sərhəddə olan İraqın ABŞ nəzarətəində olan ərazilərindən istifadə ediblər”-deyə məlumatda deyilir.

Rəsmi məlumata görə, İsrail “hava-yer” tipli raketlərdən istifadə edərək 3 əyalətdə İranın radiolokasiya stansiyalarına zərbə endirməyə cəhd edib: “İlam, Xuzestan və Tehranın əyalətlərində sərhədyanı RLS-lərə tərəf bir neçə orta mənzilli raket buraxılıb”.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.