İsrail Tehranda 20-dən çox hərbi hədəfi vurduğunu açıqlayıb
Son saatlar ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi Tehranda yerləşən 20-dən çox hərbi obyektə hava zərbələri endirib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Son saatlarda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat İdarəsinin koordinasiyası ilə Tehranda 20-dən çox hərbi obyektə zərbələr endirib”, - məlumatda deyilir.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...