Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pisləyib.
APA xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel “X” hesabında bildirib.
Onun sözlərinə görə, “Ayətullah rejimi qonşu ölkənin mülki hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib”, bu isə artıq onun “maskasının düşməsinə dəlalət edir”.
XİN rəhbərinin müavini qeyd edib ki, Tehrandakı rejim daha proksi qüvvələrinin arxasında gizlənmir, birbaşa özü hücum edir və xaos yayır.
“Dünya onu dayandırmayana qədər İran dayanmayacaq”, – nazir müavini vurğulayıb.