İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb. Bu barədə İsrail mediası məlumat yayıb. Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. Ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb. AFP-nin məlumatına görə, İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib. İsraildə meşə yanğınları səbəbindən Qüds və Təl-Əviv arasında yollar bağlanıb. İsrail yanğınla mübarizə üçün qonşu ölkələrdən, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürmə təyyarələri istəyib. “Yediot Ahronot”un məlumatına görə, yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.