İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb- Səbəb

İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə APA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, buna İsrail Maliyyə Nazirliyinin qərarı səbəb olub.

“Belə ki, bu ilin 21 iyulunda İsrail Maliyyə Nazirliyinin Baş direktoru tərəfindən imzalanan və on illiklərdir ki, mövcud olan protokolu dəyişdirən birtərəfli prosedurun tətbiq edilməsi səbəbindən diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq. Səfirlikdə heç bir konsulluq xidmətləri göstərilməyəcək və heç kimin səfirliyə girişinə icazə verilməyəcək. İsrail diplomatları hər zaman ölkənin gücü və dayanıqlığını artırmaq üçün səy göstərməyə sadiqdirlər. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizi yuxarıda göstərilən tədbirləri həyata keçirməkdən başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, İsrailin Kiyev, Toronto, Paris və Moskvadakı səfirlikləri, Sankt-Peterburqdakı konsulluğu da tətil elan edib. Hazırda İsrailin dünyanın 69 ölkəsində səfirliyi, 23 konsulluğu və beş xüsusi nümayəndəliyi var. İsrail hökuməti Xarici İşlər Nazirliyinin büdcəsini azaldaraq onlar üçün ildə təxminən 367 milyon dollar ayrılması barədə qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bəstəkarlar İttifaqında qurultay:

Sonrakı məqalə

Azərbaycanda temperatur 5-8 dərəcə enəcək, qar yağacaq