İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 60 fələstinli öldürülüb

Son sutka ərzində İsrail Ordusunun Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində azı 60 fələstinli həyatını itirib, 150-dən çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Telekanalın təqdim etdiyi məlumatlara görə, İsrailin hücumları əsasən Qəzzanın mərkəzi hissəsini hədəfə alıb və həlak olanların sayı artmaqda davam edir – çünki İsrail Müdafiə Ordusu zərbələrini dayandırmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.