İsrailin Qəzzada əməliyyatları nəticəsində son sutkada 50-dən çox fələstinli öldürülüb

Qəzzada
Qəzzada

İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 50-dən çox fələstinli həyatını itirib.

APA xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlər arasında mərkəzi Qəzzada yerləşən Nuseyrat qaçqın düşərgəsindəki kafeyə endirilən hava zərbəsi nəticəsində həlak olan altı nəfər də var. Yaralanan 115 nəfər bölgədəki xəstəxanalara yerləşdirilib.

Al Jazeera” əlavə edib ki, İsrail Ordusu Qəzza zolağının şimal və mərkəzi hissələrinə, o cümlədən Qəzza şəhəri və Deir əl-Bəlah bölgəsinə aviazərbələr endirməyə davam edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.