İsrailin Qəzza zolağına son 24 saatda endirdiyi zərbələr nəticəsində azı 98 nəfər öldürülüb. APA xəbər verir ki, bu məlumatı Qətərin “Əl-Cəzira” telekanalı Səhiyyə Nazirliyinə istinadən yayıb. Telekanalın məlumatına görə, son 24 saat ərzində daha 300 nəfər xəsarət alıb. Nazirliyin statistik məlumatına görə, İsrailin Zolaqda döyüşləri bərpa etdiyi martın 18-dən indiyədək 3427 nəfər öldürülüb, 9647 nəfər yaralanıb. Ümumilikdə Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana öldürülənlərin sayı 53 573 nəfərə çatıb, 121 688 nəfər isə yaralanıb. AzPost.az