İsrailli aparıcı efirə tapança ilə çıxdı- FOTO

İsrailin “Kanal 14” telekanalının aparıcısı Lital Şemeş efirə tapança ilə çıxıb.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Post” yazır.

Nəşr aparıcının arxadan şalvarının belinə sıxdığı tapançanın sapını əks etdirən foto yayımlayıb.

Bundan əvvəl o, dəfələrlə sosial şəbəkələrdə silahla məşq etdiyi, eləcə də tam döyüş formasında fotolarını dərc edib.

Teleaparıcı İsrail Müdafiə Qüvvələrində ehtiyatda olan əsgərdir. O, oktyabrın əvvəlində HƏMAS yaraqlılarının hücumunu “ikinci Holokost” adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Ağdaşda yol qəzası olub, ölən var

Sonrakı məqalə

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb