İsrailli qadın vəfat etmiş ərinin gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb –
İsrailli qadın rəhmətə getmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb.
“YAŞAT” Fondundan verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyevin bunun sayəsində görmə qabiliyyəti bərpa edilib.
