İstanbul hava limanı fəaliyyətini bərpa edir

Yağan güclü qar səbəbindən təyyarələrin hərəkəti tamamilə dayandırılan İstanbul hava limanı yenidən fəaliyyətə başlayıb.

Qar təmizləmə işlərinin ardından hava limanında yanvarın 25-i yerli vaxtla saat 12.00-da uçuş-enmə zolağının bir hissəsi istismara verilib. Bundan sonra aeroporta ilk təyyarə enib. Hazırda hava limanında təyyarələrin fəaliyyəti bir zolaq üzrə davam etdirilir. İlk növbədə iri gövdəli təyyarələr uçuşa başlayıb. Təmizlik işlərinin səhər saatlarınadək davam etdiriləcəyi bildirilir.

Yanvarın 26-ı tədricən saatda 40 təyyarənin hərəkətinin tənzimlənməsi və digər zolaqların fəaliyyətə keçməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukraynaya müdaxilə olunsa bu bütün dünyanı dəyişdirəcək” –

Sonrakı məqalə

İtaliyada prezident seçkilərində heç bir namizəd lazımi səs toplaya bilməyib