İstanbul polisi kilsədəki atışmada İŞİD-in əli olduğunu üzə çıxarıb

1706686120_1924069584_0_54_3078_1785_1920x0_80_0_0_a0706f87520e2a08a284fc9b3c5fb56d

İstanbul hüquq-mühafizə orqanları yanvarın 28-də katolik kilsəsində baş verən atışmanı İŞİD üzvləri tərəfindən törədildiyini müəyyən edib.

Azpost.info xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazır.

Nəşrin məlumatına görə, hücumla bağlı saxlanılanlar Tacikistan vətəndaşlarıdır.

Hücum edənlər qrupun nəzarətində olan sosial şəbəkələr vasitəsilə kilsəyə silahla hücum əmri alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları məbəddəki atışmada İŞİD-in əli olduğunu sübut edən dəlilləri ələ keçiriblər.

Azpost.info