İstanbulda katolik kilsəsinə hucuma görə, Rusiya və Tacikistan vətəndaşları saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
Naziirn sözlərinə görə, Tacikistan və Rusiya vətəndaşlarının İŞİD terror təşkilatı ilə əlaqəli olduğu ehtimal edilir. Qrup daha əvvəl hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Yerlikaya polis əməkdaşlarının 30 ünvanda axtarış apardığını, ümumilikdə 47 nəfərin hücumda şübhəli bilinərək saxlanıldığını bildirib.
Yanvarın 28-i günorta saatlarında İstanbulun Sarıyer rayonunda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsinə bazar günü ayini zamanı iki maskalı şəxs hücum edib. Onlar atəş açıb, sonra hadisə yerindən qaçıblar.
Atışmada Tursen Cihan adlı Türkiyə vətəndaşı ölüb.
İstanbul valisi Davud Gül və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı başsağlığı verib. Papa Fransisk hücumu pisləyib.