İstanbulda kilsəyə silahlı hücuma görə 47 nəfər saxlanılıb

İstanbulda kilsədə baş verən atışmadan sonra 40-dan çox şəxs saxlanılıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə polisi yanvarın 28-də kilsədə baş verən atışmada şübhəli bilinən 47 nəfəri saxlayıb.

“Kilsəyə silahlı basqınla bağlı istintaq çərçivəsində 30 ünvanda əməliyyat keçirilib, İŞİD-lə əlaqəsi ola bilən bir Rusiya və bir Tacikistan vətəndaşı da daxil olmaqla 47 nəfər saxlanılıb”, – deyə bildirilib.

Əvvəlki məqalə

ABŞ-nin Suriyadakı bazasına hücum –

Sonrakı məqalə

Milli Məclisin yaz sessiyası başlayır