İstanbulda zəlzələdən dağılmış 29 məktəb binası bağlanıb

01 Oktyabr 2019 - 08:53

İstanbulda baş vermiş 5,8 bal gücündə zəlzələdə zərər görmüş 29 məktəb binası bağlanıb. Bu təhsil ocaqlarının şagirdləri müvəqqəti olaraq təhsillərini başqa məktəblərdə davam etdirəcəklər.

Bu barədə İstanbul Valiliyindən bildirilib.

Zəlzələdən sonra zərər görmüş təhsil ocaqlarının araşdırılması nəticəsində 29 məktəb binasında ağır və yüngül zədələr aşkar edilib. Bununla bağlı bu təhsil ocaqları müvəqqəti olaraq bağlanıb.

Bu təhsil ocaqları əsasən şəhərin Bahçelievler, Böyükçekmece, Qaziosmanpaşa, Pendik, Sancaktepe, Arnavutköy, Avcılar, Maltepe, Silivri, Üsküdar və Eyupsultan rayonlarında yerləşir.