İstirahət günlərində hava necə olacaq?

İstirahət günləri (sentyabrın 7-8-də) üçün gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Göygöl milli parkında səyahət edənləri xoş əhvali-ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq.

Şahdağ milli parkında turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkında səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-25° isti olacaq.

Samur–Yalama milli parkında Şimal bölgəsinə səyahət edənləri, əsasən, yağmursuz hava şəraiti gözləyəcək. Lakin 7-də gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-29°isti olacaq.

Şirvan milli parkında turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21° isti, gündüz 27-29° isti olacağı bildirilir.

Ağgöl milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21° isti, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.

Qızılağac milli parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Hirkan milli parkında Cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 28-30° isti olacağı proqnozlaşdırılır.

Küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Əvvəlki məqalə

Kərim Xan Putinin hərbi cinayətlərə görə mühakimə olunacağına inandığını deyib

Sonrakı məqalə

Tanınmış jurnalist Azər Rəşidoğlu əməliyyat olunub