İsveç Gürcüstan hakimiyyəti ilə əməkdaşlığını dayandırdığını bəyan edib.
Azpost.info bildirir ki, bu barədə İsveçin İnkişaf Əməkdaşlıq və Xarici Ticarət Naziri Benjamin Dousa bildirib.
Onun sözlərinə görə, Gürcüstandakı vəziyyət bir müddətdir ki, ciddi narahatlıq doğurur. Parlament seçkiləri zamanı beynəlxalq müşahidəçilər tərəfindən bildirilən pozuntular bu narahatlığı daha da artırır: “Buna görə də, İsveç hökuməti Gürcüstanın hökumət orqanları ilə hazırkı birbaşa əməkdaşlığı, o cümlədən Gürcüstan Vergi Administrasiyası ilə əməkdaşlığı dayandırır. Biz bunu indiki şəraitdə bu əlaqələri yersiz hesab edirik”-deyə nazir vurğulayıb.