İsveçdə pensiya yaşı artırılır

İsveç parlamenti ölkədə pensiya yaşının artırılmasına səs verib. Bu, onunla bağlıdır ki, Krallıq vətəndaşları bir çox digər Avropa ölkələrinin vətəndaşlarından, orta hesabla, daha uzun ömür sürür və daha sağlamdırlar. Nəticədə hökumət pensiya müavinətinə daha çox maliyyə vəsaiti xərcləməyə məcburdur.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, 2020-ci ildən başlayaraq İsveç təbəəsinin pensiya ala biləcəyi ən erkən yaş artırılaraq 61 yaşdan 62 yaşa çatdırılır. 2023-cü ildə minimal yaş 63 yaşa çatdırılacaq. Bu tədbirlər pensiya sisteminin dayanıqlığını dəstəkləmək üçün görülür. Qanun layihəsi müəlliflərinin sözlərinə görə, gəliri az olan və heç vaxt heç yerdə işləməyən vətəndaşların zəmanətli pensiya almaları üçün ən erkən yaş 2023-cü ildən 65 yaşdan 66 yaşadək artırılacaq. Vurğulanır ki, parlamentin qərarı ən çox məhz bu demoqrafik qrupdan olan insanlara toxunacaq.

Qeyd edək ki, sosial təminatın işsizliyə, xəstəliyə, əlilliyə, qocalığa görə müavinətlər, ailə başçısının itirilməsi ilə bağlı pensiya, habelə mənzil müavinəti kimi əlaqədar sistemləri pensiya yaşı artdıqca yenidən nəzərdən keçiriləcək və dəyişdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NASA “başqa dünyaya giriş”i göstərdi –

Sonrakı məqalə

Tramp G7 sammitinin Mayamidə keçirilməsi ideyasından imtina edib