İsveçdə soyuq silahla insanlara hücum edən naməlum şəxs 8 nəfəri yaralayıb

İsveçin cənubundakı Jönköping əyalətində yerləşən Vetlunda şəhərində soyuq silahla hücum nəticəsində səkkiz nəfər yaralanıb.

Hadisə günorta saatlarında şəhərin Bangordsqatan küçəsində baş verib.

Şahidlərin sözlərinə görə, əlində kəsici alətlər olan naməlum şəxsin hücumu nəticəsində aralarında ağır yaralıların da olduğu 8 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn polis əməkdaşları təqribən 20 yaşlı cinayətkara qarşı odlu silahdan atəş açıb.

Hüquq-mühafizə orqanları baş verən cinayəti terror hücumu kimi qiymətləndirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs xəstəxanaya yerləşdirilib və onun vəziyyəti barədə məlumat verilmir.

Polis cinayətkarın hansı silahdan istifadə etdiyini açıqlamayıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onunla əlbir ola biləcək şəxslərin axtarışlarına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb

Sonrakı məqalə

Myanmada “ən qanlı gün”-