İsveçrədə hərbçilərə “WhatsApp”dan istifadə qadağan edildi

İsveçrə Silahlı Qüvvələri ABŞ xüsusi xidmət orqanlarının telefon danışıqlarının dinlənilməsi təhlükəsinə görə hərbi qulluqçulara “WhatsApp”, “Telegram”, “Signal” və digər xarici mesajlaşma proqramlarından istifadə etməyi qadağan edib.

Bu barədə ötən ilin dekabr ayında ordunun ən yüksək komandanlığına məktub göndərilib.

Məktubda bunun əvəzinə İsveçrədə hazırlanmış “Threema” messencerindən istifadə tövsiyə olunub.

Qeyd edək ki, İsveçrə Silahlı Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilib ki, əvvəlcə ümumiyyətlə başqa mesajlaşma xidmətlərindən istifadəyə icazə verilməyəcəyi deyilsə də, sonradan yerli proqram tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Omicron ştamı siçanlardan əmələ gəlib” –

Sonrakı məqalə

Sumqayıtda xəstəxanadakı yanğında 15 nəfər tüstüdən zəhərlənib