İtaliya parlamenti yeni prezidenti seçə bilmədi-81 yaşlı Mattarela postunda qaldı

Serjio Mattarella yenidən İtaliya prezidenti seçilib. Bu barədə xarici KİV-lər xəbər verir. 

Respublika parlamentinin hər iki palatasının birgə iclasında 8-ci dəfə səsvermə keçirilib. Yekun olaraq 81 yaşlı Mattarella tələb olunan 505 səs barajını keçib.

Mattarela Palermo Universitetinin hüquq fakültəsində təhsil alıb. 1980-ci illərdə Xristian Demokrat Partiyasının sıralarında fəal siyasi karyeraya başlayıb. O, 31 yanvar 2015-ci ildə 665 səs toplayaraq ilk dəfə prezident postuna yiyələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SABAHA OLAN HAVA PROQNOZU

Sonrakı məqalə

SSRİ-nin məşhur kino aktyoru Leonid Kuravlyov vəfat edib