İtaliya Rusiya səfirliyinin iki əməkdaşını “persona-non-qrata” elan etdi-

Ölkədən çıxarıldılar
31 Mart 2021 - 14:29

İtaliya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirliyinin iki əməkdaşının ölkədən çıxarıldığını açıqlayıb.

Bu barədə TASS məlumat yayıb.

İtaliyanın paytaxtı Romada Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Bildirilib ki, şübhəlilər İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı və Rusiya səfirliyi yanında çalışan zabitdir.

Səfirlik Rusiyanın İtaliyadakı Atteşeliyinin əməkdaşının saxlanıldığını təsdiqləyib.