İtaliyada bayram gecəsi göydən yüzlərlə ölü quş küçəyə töküldü –Sakinlər qorxdular, səbəb bilinmir (VİDEO)

İtaliyanın paytaxtı Romanın sakinləri 31 dekabr gecəsi göydən tökülən “ölü quşların yağışı”ndan qorxuya düşüblər.

Azpost.info bildirir ki, bütün dünya sosial şəbəkədə bayram gecəsi Romada çəkilmiş videokadrları müzakirə edir.

Göydən küçəyə tökülən yüzlərlə quşun ölüm səbəbi məlum deyil. Əhali bunu pis əlamət kimi xarakterizə edib.

Təbiəti mühafizə təşkilatları quşların kütləvi ölüm səbəbini araşdırır. Ekspertlər hesab edir ki, ola bilsin buna bayram gecəsi göyə atılan feyerverk və fişənglər səbəb olub. Quşlar partlayışının səsindən bir-biri ilə toqquşa, elektrik xəttinə toxuna yaxud qorxudan ürəkləri partlayıb ölə bilər.

Ekoloqlar bu hadisədən hiddətləniblər. Onlar bildirirlər ki, hər il tələb etsələr də şəhər rəhbərliyi fişəng və partlayıcıların satışını qadağan etmir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General-mayor Polad Həşimovun məzarı ziyarət edildi –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 421 nəfər COVID-19-a yoluxub –