İtaliyada beşinci dəfə səsvermə oldu, prezident yenə seçilə bilmədi

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün keçirilən prezident seçkilərinin beşinci turunda da heç bir namizəd ilk dörd turda olduğu kimi lazımi səs sayına çata bilməyib.

“Böyük Seçki Məclisi”ndə keçirilən səsvermənin beşinci turunda Senatın sədri Maria Elisabetta Alberti Kaselatti 382, hazırkı Prezident Sercio Mattarella 46 səslə ən çox səs toplayıblar. Boş bülletenlərin sayı isə 406 olub.

Beləliklə, bu turda heç bir namizəd prezident seçilmək üçün səslərin yarıdan çoxunu, yəni, 505 səs yığa bilməyib.

Bu gündən etibarən səsvermə sutkada iki dəfə keçiriləcək. Növbəti səsvermə turu yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Bakı və Quba sakinləri “Azərlotereya”da 100 min manat udublar

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 95 dollara çatır