İtaliyada faşist diktatoru Mussolininin nəvəsi deputat seçilib –

FOTO
07 Oktyabr 2021 - 19:20

İtaliyada 1922-1943-cü illərdə hakimiyyətdə olan, faşist diktator Benito Mussolinin nəvəsi Roma şəhər şurasına keçirilən seçkilərdə qalib gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Euronews” kanalı məlumat yayıb.
Seçicilərdən 8,2 min səs alan 47 yaşlı Rakele Mussolini bundan sonra sağyönümlü “İtaliyan qardaşlar” adlı partiyadan bələdiyyənin deputatı olacaq. O, bundan öncəki seçkilərdə də qalib gəlmiş və hətta Romada olduqca populyarlıq qazanmışdı.
“Soyaddan öncə insan gəlir”,-deyə Mussolininin nəvəsi söyləyib.

Xanım Mussolinin sözlərinə görə, XX əsrin ən böyük diktatorlarından birinin soyundan olması onun nüfuz qazanmasında rol oynamır.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Mussolinin digər nəvəsi, 49 yaşlı Alessandra Mussolini siyasətdən getdiyini açıqlayıb. O, keçmiş baş nazir Silvio Berluskoninin rəhbərlik etdiyi “İrəli, İtaliya” partiyasından həm Milli, həm də Avropa Parlamentinə deputat seçilmişdi.