İtaliyada prezident seçkilərinin dördüncü turu da nəticəsiz qalıb

İtaliyada keçirilən prezident seçkilərinin dördüncü turunda da heç bir namizəd ilk üç turda olduğu kimi lazımi səs sayına çata bilməyib.

Ölkənin 13-cü prezidentini müəyyən etmək üçün keçirilən seçkilərdə səsvermənin dördüncü turunda nəticə əldə edilməyib. Hazırkı Prezident Sercio Mattarella 166 səslə ən çox səs toplayıb. Boş bülletenlərin sayı 441 olub.

Yanvarın 28-də səsvermənin növbəti turu keçiriləcək. Bu turda səslərin yarıdan çoxunu, yəni, 505 səs yığan namizəd prezident seçiləcək.

Qeyd edək ki, İtaliyada prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib. 1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində isə Covanni Leone 23 turdan sonra qalib gələ bilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyalı alim Almaniyada casusluq ittihamı ilə həbs olunub

Sonrakı məqalə

Bu gündən televiziya kanalları HD yayıma keçir