İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib

İtaliyanın Baş naziri Ciorcia Meloni noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

Əvvəlki məqalə

“İstəsək də, istəməsək də ABŞ-la toqquşmalı olacağıq” –

Sonrakı məqalə

Hakan Fidan və Blinken Bakı İrəvan arasında sülh sazişini müzakirə edib