İtaliyanın müdafiə naziri Azərbaycana gəlib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və nazirliyin digər rəhbər heyəti qarşılayıb.

İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

Əvvəlki məqalə

Yeni Zelandiya Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

Sonrakı məqalə

Bakıda polis müqavimət göstərən narkotacirlərə atəş açdı