Oktyabrın 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının oktyabrın 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Oktyabrın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 4 qumbara, 7 alışdırıcı, 5 tüfəng, 3 patron darağı və 65 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 29-da ümumi çəkisi 11,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.